Bu ölkədə insanlar "yadplanetli"lərin hücumuna məruz qalıblar

10-08-2023, 16:18           
Bu ölkədə insanlar "yadplanetli"lərin hücumuna məruz qalıblar
Peruda ölkənin paytaxtı Limanın şimal-şərqində yerləşən kəndin sakinləri bir aydır ki, “yadplanetli”nin hücumundan şikayətlənirlər.

"Unikal" xəbər verir ki, bu barədə "Al Rojo Vivo" telekanalı məlumat yayıb.


İkitu qəbiləsinin nümayəndələrinin polisə şikayət etdiyi qeyd olunur. Onlar sarı gözlü, iri başlı “iki metrlik canlıların” hücumuna məruz qalmasından şikayətlənirlər.

Yerli sakinlər hücumların baş verdiyi yerlərə hərbi qüvvələrin yerləşdirilməsinə çağırıblar. Onlar əlavə ediblər ki, qəribə canlılar odlu silahlara qarşı toxunulmazdır və öz iradələri ilə yoxa çıxırlar. Üstəlik, bu “yadplanetlilərdən” biri qıza hücum edərək, onun boynuna xəsarət yetirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru