"Partlayışda xəsarət alanlardan 2-si "Baku Steel Company"nin işçisidir"

1-07-2016, 19:28           

"Baku Steel Company" zavodundakı partlayış zamanı bu müəssisənin 2 əməkdaşı xəsarət alıb. Onlar qaynaqçıdırlar.

Bunu Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidmətinin Əməyin mühafizəsi məsələlərinə nəzarət və istehsalatda baş vermiş bədbəxt hadisələrin tədqiqi sektorunun müdiri İlqar Məmmədov deyib.

Onun sözlərinə görə, "Baku Steel Company"nin işçiləri olan həmin şəxslər Elsevər Əlisahib oğlu İbadullayev və Nüsrəddin Abdulxalıq oğlu Səfərovdur.

İ.Məmmədov əlavə edib ki, xəsarət alan qalan 3 nəfər isə digər təşkilatların işçiləridir: "Hazırda araşdırma aparılır ki, onlar hansı təşkilatın üzvləridir. Bu, müəyyən olunduqdan sonra biz dərhal hadisənin tədqiqatını aparacağıq. Hazırda bizim əməkdaşlar hadisə yerindədirlər".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru