Bakıda fahişəxanaya çevrilən evlər aşkar edildi

1-07-2016, 22:05           

Daxili İşlər Nazirliyi Bakıdakı əxlaqsızlıq yuvaları ilə bağlı məlumat yayıb.

İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ucar rayon sakini Məlahət Abdullayevanın paytaxtın Nizami rayonu ərazisində kirayədə yaşadığı mənzildə əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib. Bundan başqa Bakı şəhər sakini Rövşən Fətullayevin və Tərtər rayon sakini Rauf Əhmədovun paytaxtın Nizami rayonu ərazisindəki mənzillərində də əxlaqsızlıq yuvaları təşkil etmələri üzə çıxarılıb.

Hər iki faktla əlaqədar cinayət işi başlanıb.

//BAKU.WS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru