Kişi evdə yad adamı görüncə... - Bakıda qətl

5-07-2016, 12:50           
Kişi evdə yad adamı görüncə... - Bakıda qətl
Bakıda qısqanclıq zəminində qətl törədilib.

Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə 4-cü mikrorayon ərazisində yerləşən evlərdən birində qeydə alınıb. Sumqayıt şəhər sakini, 1974-cü il təvəllüdlü Əvəz Qasımov qısqanclıq zəminində Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Rəhim Süleymanovu bıçaqlayaraq öldürüb.

İlkin məlumata görə, hadisə baş verən evdə Ə.Qasımovun qeyri-rəsmi nikah münasibətlərində olduğu qadın kirayədə yaşayır. Ə.Qasımov evə gələrkən onu R.Süleymanovla bir yerdə görüb. Nəticədə Ə.Qasımov R.Süleymanovu öldürüb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru