Bakıda Coco-Cola zavodu partladı...

5-07-2016, 22:29           
Bakıda Coco-Cola zavodu partladı...
Əldə etdiyimiz məlumata əsasən, Bakıda Şamaxı yolundan 2 km aralıda , Sulutəpə ərazisində yerləşən Lider Coca- Cola zavodu yaxınlığında güclü partlayış olub

Bu barədə həmin ərazi yaxınlığında yaşayan sakinlər öz Facebook hesablarında ” güclü partlayış oldu” yazaraq xəbər paylaşıblar . Partlayış çox güclü olduğundan bəzi insanlar hətta bunu zəlzələ kimi zənn ediblər.

Bir qurup şəxs isə bildirir ki , partlayış Lider Coca – Cola zavodunda olub və havaya qara tüstü qalxıb.

Bu barədə hələlik Fövqəladə hallar nazirliyinin rəsmi saytı məlumat yaymayıb. Məsələ ilə bağlı araşdırmalarımız davam edir .

***
Sulutəpə ərazisində yerləşən Coca-Cola zavodunda güclü partlayış baş verib. Hadisə yerindən saytımıza göndərilən məlumatda bildirilir ki , baş vermiş partlayış qaz çənlərinin birinin partlaması ilə başlayıb. İlkin məlumata əsasən , əraziyə yaxın olan 3 evə ziyan dəyib. İnsanlar küçələrə axışmağa başlayıb. Hər kəs nə baş verdiyini anlamağa çalışır.

Hal-hazırda faktla bağlı araşdırma gedir.(politika.az )












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru