Azərbaycanlıya məxsus qızılı “Galendewagen” cərimə meydançasına aparıldı FOTO
7-07-2016, 09:00
Ukraynanın Odessa şəhərində iyulun 6-na keçən gecə azərbaycanlıya məxsus qızılı “Galendewagen” avtomobili düzgün park edilmədiyinə görə evakuatorla aparılıb və cərimə meydançasına salınıb. Bu barədə Ukrayna saytları yazır.
048.ua portalının yazdığına görə Azərbaycandan olan nüfuzlu qonaqların “Galendewagen”i Odessanın Arkadii prospektində düzgün park edilmədiyi üçün yol patrul polisi evakuator çağırıb. Ətrafdakılar ərəb şeyxlərinin maşınlarını xatırladan qızılı “Galendewagen”in evakuatora qaldırılmasını həvəslə lentə alıblar.
Daha sonra sosial şəbəkələrdə avtomobilin cərimə meydançasına salınması barədə qərar verən polisin adı da açıqlanıb. “Bu, yol patrul polisi Vladdır J O, həmin bu “Qalik”i avtobus dayanacağına park edildiyi üçün evakuatorla cərimə dayanacağına göndərdi. Bundan sonra mən dəyişikliklərə inandım. Ümid edirəm ki, sabah Vladı işdən azad etməyəcəklər”-Twitter istifadəçilərindən biri avtomobilin fotolarını paylaşaraq yazıb. Kadrlardan görünür ki, avtomobilin dövlət nömrə nişanı 90 KK 222-dir.
Bu qızılı “Qalik” barədə xəbərlər bir neçə gün əvvəl Azərbaycanın avtomobil saytlarından birində yer almışdı. Orada deyilirdi ki, bir vaxtlar ərəb şeyxlərinin mindikləri qızılı avtomobillərə artıq Bakı küçələrində də rast gəlmək olar. Belə ki, Mətbuat prospektində – Azərbaycan Nəşriyyatının qarşısında qızılı “Qalik” görünüb. Avtomobilin qiyməti təxminən 300 min dollardır. Avtomobilin özü kimi nömrəsi də bahalı və diqqətçəkəndir. 90 KK 222 dövlət nömrə nişanlı bu avtomobilin biznesmenlərdən birinə məxsus olduğu deyilir.
Bakıda həmin rəngdə avtomobillərdən daha biri isə 10 GC 111 nömrə nişanlı “Galendewagen”dir. Məlumata görə, bu avtomobillərdən birincisi əvvəllər ağ rəngdə, digəri isə qara rəngdə olub. Sonradan hər ikisi rəngi dəyişmək üçün avtomobilə vinil vurdurublar. (virtualaz.org)