Qadınları Türkiyədə satan qadına 8 il cəza verildi

8-07-2016, 13:24           
Qadınları Türkiyədə satan qadına 8 il cəza verildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qadınları cinsi istismara məruz qoymaqda ittiham olunan Nailə Bağırın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Virtualaz.org saytının məlumatına görə, prosesə hakim Faiq Qəniyev sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, Nailə Bağır 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Nailə Bağır 2013-cü ildə N.M və B.S adlı qadınları Türkiyəyə aparaq onları cinsi istismara qoyub. Zərərçəkən şəxslər 2016-ci ildə Nailə Bağırdan İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsininə şikayət ediblər.
Xatırladaq ki, Nailə Bağır 2009-cu ildə də eyni əmələ görə 5 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsində onun cəzası 3 ilə endirilib. 2012-ci ildə azadlığa çıxıb, məhkumluğu tam ödənilməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.