Bakıda güclü yanğın - FOTO

9-07-2016, 17:40           

Polis əməkdaşları yaxınlıqdan keçən avtomobil yollarını müvəqqəti bağlayıblar.

Bu gün Bakının Suraxanı və Xətai rayonlarının sərhədində, Köhnə Günəşlinin aşağı hissəsində yanğın baş verib.

teref.az-nun Lent.az-a istinadən məlumatına görə, İnqilab İsmayılov küçəsi yaxınlığında, “Dərə” adlanan ərazidə toplanmış məişət tullantılarının və qurumuş otun yanması nəticəsində ətrafı qatı tüstü bürüyüb. Əraziyə cəlb edilmiş yanğınsöndürmə briqadaları yanğının miqyasının genişlənməsinin qarşısını alıb və ərazidə müvafiq tədbirlər görülüb.

Yanğın zamanı ərazidə qatı tüstü yayıldığından polis əməkdaşları yaxınlıqdan keçən avtomobil yollarını müvəqqəti bağlayıblar.

Hadisə zamanı xəsarət alan olmayıb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru