Avropa İttifaqının Azərbaycandakı səfirinin avtomobili qəzaya düşüb
19-10-2017, 22:13
Avropa İttifaqın Azərbaycankı Nümayəndəliyinə məxsus avtomobil qəzaya düşüb.
APA-nın məlumatına görə, hadisə Bakının Yasamal rayonu ərazisində qeydə alınıb.
Avropa İttifaqının Bakıdakı Nümayəndəliyinə məxsus, Fuad Abbasovun idarə etdiyi “Audi” markalı, 050 D 001 dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhər sakini Afiqə Abbasovanın idarə etdiyi “Nissan” markalı maşınla toqquşub.
Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki maşına ziyan dəyib.