Meksikada quldurlarla atışma olub: ölənlər var

20-10-2017, 08:32           
Meksikada quldurlarla atışma olub: ölənlər var
Meksikanın Sonora ştatında hüquq-mühafizə orqanlarının əməkdaşları ilə quldurlar arasında atışma olub.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ştatın prokuroru Rodolf Montes-de-Oka xəbər verib.
Onun sözlərinə görə, toqquşma Ermosil şəhərində olub. Belə ki, quldurlar evlərdən birində axtarış aparmaq istəyən polislərə hücum edib. Atışma zamanı 5 cinayətkar öldürülüb.
Silahlı insident zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları arasında zərər çəkən olmayıb. Hakimiyyət orqanları bildiriblər ki, cinayətkarlar evdə narkotik maddələrin satışı mərkəzini təşkil ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru