Ərəb ölkələri Azərbaycandan bir sıra güzəştlər xahiş edib

20-10-2017, 22:45           

“Körfəz ərəb ölkələri Əməkdaşlıq Şurasının Ticarət Palataları Federasiyası Azərbaycana ikiqat vergiqoymanı ləğv etməyi, ərəb ölkələrindən məhsul idxalına gömrük rüsumlarını azaltmağı və ölkələr arasında maliyyə əməliyyatlarını sadələşdirməyi təklif edib”.

Bunu Bakıda Azərbaycanla Körfəz ərəb ölkələri Əməkdaşlıq Şurası arasındakı biznes forumu zamanı Ticarət Palataları Federasiyası baş katibi Əbdülrəhim Həsən Nağı deyib.

Baş katib digər təkliflər arasında dəniz marşrutlarının yaradılması, viza rejiminin sadələşdirilməsi və vizanın alınması üçün rüsumun azaldılması imkanlarını qeyd edib. Trend.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru