Ağcabədi rayonunda maye qaz doldurma məntəqəsində yanğın: 1 ölü, 1 yaralı

30-10-2017, 22:56           
Ağcabədi rayonunda maye qaz doldurma məntəqəsində yanğın: 1 ölü, 1 yaralı
Ağcabədi rayonunda maye qaz doldurma məntəqəsində yanğın olub. APA-nın verdiyi məlumata görə, hadisə rayonun Boyad kəndində baş verib.

Hadisə nəticəsində 1 nəfər ölüb, daha 1 nəfər yaralanıb.

İlkin məlumata görə, çənə qaz vurulan zaman partlayış baş verib, yanğın başlayıb. Hadisə nəticəsində ağır xəsarət alan iki nəfər xəstəxanaya çatdırılıb. Onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru