"Şahdağ Turizm Mərkəzi”nin nizamnamə kapitalı 14 dəfədən çox artırılıb

31-10-2017, 09:04           
"Şahdağ Turizm Mərkəzi”nin nizamnamə kapitalı 14 dəfədən çox artırılıb
Nazirlər Kabineti “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində “Şahdağ Turizm Mərkəzi” QSC-nin nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” qərarında dəyişiklik edib.

APA-nın məlumatına görə, indiyə qədər “Şahdağ Turizm Mərkəzi” QSCQ-nin nizamnamə kapitalı 37 mln. 777 min 427,56 manat olub və onun səhmlərinin nominal dəyərindən təşkil edilib.

Nizamnamə kapitalı nominal dəyəri 100 manat olan 377 min 774 ədəd adi səhmlərdən ibarət olub. Dəyişikliyə əsasən “Şahdağ Turizm Mərkəzi” QSC-nin nizamnamə kapitalı 546 mln. 775 min 725.05 manata, nizamnamə kapitalı nominal dəyəri 100 manat olan 5 mln. 467 min 757 ədəd adi səhmlərə çatdırılıb. Beləliklə, QSC-nin nizamnamə kapitalı 14 dəfədən çox artırılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.