Heydər Əliyev Mərkəzinin qarşısında hava şarı uşaqların üstünə aşdı - VİDEO

2-06-2018, 11:38           
Heydər Əliyev Mərkəzinin qarşısında hava şarı uşaqların üstünə aşdı - VİDEO
İyunun 1-də günorta saatlarında Heydər Əliyev Mərkəzinin qarşısındakı parkda Beynəlxalq uşaqları müdafiə gününə həsr olunmuş Uşaq festivalı keçirilib. Lakin hava şəraitinin dəyişilməsi ilə əlaqədar və güclü külək üzündən fövqəladə hadisə baş verib. Külək Heydər Əliyev Mərkəzinin qarşısında hava şarını qaldıraraq insanların üstünə aşırıb.

Bu hadisə ictimai fikirdə ajiotaja səbəb olub və bir sıra şayiələrin yaranmasına gətirib çıxarıb.

Virtualaz.org-un gecə saatlarında hüquq-mühafizə orqanlarından əldə etdiyi informasiyaya görə, hadisə nəticəsində ölən olmayıb. Bir neçə uşaq yüngül zədə alıb. Tibbi yardım göstərildikdən sonra həmin uşaqlar evə buraxılıblar.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru