ATU-nun Tədris Terapevtik Klinikasına yeni direktor təyin olunub

7-06-2018, 17:06           
ATU-nun Tədris Terapevtik Klinikasına yeni direktor təyin olunub
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasına yeni direktor və baş həkim təyinatı olub.
Dia.az “Report”a istinadən bildirir ki, əldə edilən məlumata görə, klinikanın direktoru vəzifəsinə Samir Allahverdiyev təyin edilib.

Bundan başqa, ali təhsil müəssisəsinin rektoru Gəray Gəraybəylinin müvafiq əmri ilə Klinikada kardioloq vəzifəsində çalışan Fuad Səmədov direktorun elm və tədris işləri müavini, terapevt Fəridə Hacıyeva isə direktorun müalicə işləri müavini vəzifəsinə gətirilib.

Xatırladaq ki, S.Allahverdiyevdən əvvəl ATU-nun Tədris Terapevtik Klinikasına Hüseyn Qabulov rəhbərlik edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru