Qarabağ ermənilərinə qoyun paylanılır – Fransa Protestant kilsəsi tərəfindən…

7-06-2018, 20:18           

Hər imkansız ailəyə 4 qoyun verilir – amma 20 ay ərzində heyvanları kəsə və ya sata bilməzlər…
“Fransız Protestant Kilsəsi və Ermənistan arasında Saziş” xeyriyyə təşkilatı” (“SPFA”) Martuni rayonunun Taqavard kəndində 10 imkansız ailəyə hər birinə 4 olmaqla 40 qoyun bağışlayıb.
“KarabakhTV” xəbər verir ki, bu haqda separatçı erməni nəşrləri məlumat yayıb. Bu barədə jurnalistlərə “SPFA”nın Qarabağ ofisinin nümayəndəsi Lilit Minasyan bildirib.
“Maldarlıq və qoyunçuluğun inkişafına dəstək proqramına görə bu ailələr onlara verilmiş qoyunları 20 ay ərzində kəsə və sata bilməzlər”, – L. Minasyan bildirib. Onun sözlərinə görə, “SPFA” işğal altındakı Azərbaycan torpaqlarında bu proqramı 2004-cü ildən həyata keçirir. Layihəyə Əsgəran bölgəsinin Xaçen kəndində start verilib.. Sonuncu dəfə 2016-cı ildə bu proqram çərçivəsində Əsgəran rayonunun Xramort kəndində 17 ailəyə qoyun verilmişdir.
Sultan Laçın













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.