“Mançester Yunayted” Mourinyonun yeni klubunu məğlub etdi – VİDEO

5-12-2019, 05:07           
“Mançester Yunayted” Mourinyonun yeni klubunu məğlub etdi – VİDEO
İngiltərə çempionatının 15-ci tur qarşılaşmasında “Mançester Yunayted” 2:1 hesabı ilə “Totenhem”i məğlub edib.

Oxu.Az xəbər verir ki, Joze Mourinyonun təzə və keçmiş komandaları əfsanəvi “Old Trafford” stadionunda üz-üzə gəliblər.

Ev sahiblərinin heyətində Markus Reşford dubla imza atıb (6, 49 dəq). İkinci qolunu hücumçu penaltidən vurub. “Totenhem”in heyətində isə Deli Alli fərqlənib (39 dəq).

Bu “Totenhem”in Mourinyonun başçılığı altında ilk məğlubiyyətidir.

Xatırladaq ki, 2016-2018-ci illərdə portuqaliyalı mütəxəssis “Mançester Yunayted”in baş məşqçısı olub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru