Messinin 30 milyon avroluq oteli sökülür

6-12-2021, 12:37           
Messinin 30 milyon avroluq oteli sökülür
İspaniyanın Barselona şəhərinin rəhbərliyi Fransanın PSJ klubunun futbolçusu Lionel Messinin otelinin sökülməsinə dair qərar qəbul edib.

"El Confidencial" nəşrinin məlumatına görə, 77 otaqlı binanın sökülməsinə onun şəhər standartlarına uyğun olmaması səbəb göstərilib. Tikili "Barselona" klubuna məxsus "Kamp Nou" stadionu yaxınlığındadır.

Argentinalı hücumçunun İbitsa və Mayorkada da otelləri var. Onlar "Majestic Hotel Group" şəbəkəsinə daxildir. 34 yaşlı oyunçu Barselonadakı iqamətgahı 2017-ci ildə 30 milyon avroya alıb. "Barselona"nın keçmiş forvardı həmin binanı aldığı vaxt bilməyib ki, tikinti normalarına əməl edilmədən inşa olunduğu üçün şəhər rəhbərliyi onu sökmək istəyir.

Qeyd edək ki, Lionel Messi noyabrın 29-da karyerasında 7-ci dəfə "France Football" nəşrinin "Qızıl top" mükafatına layiq görülüb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru