"Barselona" yarım milyard ziyandadır

6-12-2021, 18:45           
"Barselona" yarım milyard ziyandadır
“Barselona”nın 2020/21 mövsümün üçün maliyyə hesabatı yayımlanıb.

Redaktor.az saytının məlumatına görə, Kataloniya klubu ötən mövsüm ciddi şəkildə ziyana uğrayıb.

Hesabatda La Liqa təmsilçisinin 631 milyon avroluq gəliri fonunda 1 milyard 136 milyon avro məbləğində xərcə düşdüyü vurğulanıb. Bu isə o deməkdir ki, “Barsa” mövsüm ərzində 555 milyon avro ziyana düşüb.

2018/19 mövsümündə gəliri 990 milyon avro olan klubun qazancında 300 milyondan çox azalmanın yaşanması rəhbərliyi radikal qərarlara vadar edir. Bu üzdən kataloniyalılar daha bir neçə aparıcı oyunçusunu satmağı nəzərdən keçirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru