“Qarabağ”ın pley-offdakı potensial rəqibləri məlum olub 10-12-2021, 08:28 "Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.Ağdam təmsilçisi 1/8 finala vəsiqə uğrunda Avropa Liqasında qruplarını 3-cü pillədə başa vurmuş komandalardan biri ilə qarşılaşacaq.Bunlar Çexiyanın "Sparta" (Praqa), Niderlandın PSV, İngiltərənin "Lester", Türkiyənin "Fənərbağça", Fransanın "Marsel", Danimarkanın "Midtüllan", Şotlandiyanın "Seltik" və Rumıniyanın "Rapid" (Vyana) komandalarıdır. Facebook-da paylaş