"Qarabağ"la oyunda dubl etmiş hücumçu həftənin oyunçusu adına namizəd sayılıb
10-12-2021, 10:47
UEFA Konfrans Liqasında həftənin futbolçusu adına namizədlər müəyyənləşib.
"Report"un məlumatına görə, 4 iddiaçı arasına İsveçrə "Bazel"inin hücumçusu Artur Kabral da düşüb. Braziliyalı forvard komandasının evdə "Qarabağ"a 3:0 hesabı ilə qalib gəldiyi VI tur matçında "dubl" edib.