Xanım idmançımızda dopinq tapıldı - FOTO

16-06-2016, 12:40           
Xanım idmançımızda dopinq tapıldı - FOTO
Azərbaycanın daha bir idmançısında dopinq aşkarlanıb.

AzVision.az xəbər verir ki, Beynəlxalq Ağırlıqqaldırma Federasiyası 2012-ci il London Yay Olimpiya Oyunlarında dopinq-testi müsbət nəticə verən atletlərin siyahısını açıqlayıb.

Həmin idmançılar arasında Azərbaycanın ağırlıqqaldıranı Boyanka Kostova da var. Federasiyanın yaydığı məlumata görə, idmançıda dehidroxlorometiltestosteron və stanozolol anabolik preparatları aşkarlanıb.

Qeyd edək ki, Boyanka Kostova "London-2012"də 5-ci yeri tutub. O, dünya (2015) və 3 qat Avropa (2012, 2015, 2016) çempionudur. Onun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında itirakı hələ təsdiqlənməyib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru