Çempionlar Liqasının "play-off" mərhələsinin cavab matçları start götürəcək

28-08-2018, 07:34           
Çempionlar Liqasının "play-off" mərhələsinin cavab matçları start götürəcək
Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçları start götürəcək.

“Report” xəbər verir ki, ilk oyun günüdə 3 görüş keçiriləcək. Macarıstanda AEK-ə uduzan “Vidi” Yunanıstanda geridönüş etməyə çalışacaq. Zaqreb “Dinamo”su İsveçrədə bərabarə qaldığı “Yanq Boyz”u qonaq edəcək.

Kiyev “Dinamo”su isə Hollandiyada məğlub olduğu “Ayaks”la Ukraynada qarşılaşacaq.

Qeyd edək ki, iki oyunun nəticəsinə əsasən qalib gələn komandalar qrup mərhələsinə vəsiqə qazanacaqlar.

Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunları

23:00. AEK (Yunanıstan) – “Vidi” (Macarıstan)

İlk oyun – 2:1

23:00. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Yanq Boyz” (İsveçrə)

İlk oyun – 1:1

23:00. “Dinamo” (Kiyev, Ukrayna) – “Ayaks” (Hollandiya)

İlk oyun – 1:3












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru