Neftin qiyməti yenə 30 dollardan aşağı düşdü

3-02-2016, 08:04           
Neftin qiyməti yenə 30 dollardan aşağı düşdü
Neftin qiymətləri ABŞ-da enerji daşıyıcıları ehtiyatları haqqında məlumatların dərc olunması fonunda ümumilikdə 9 faizdən çox aşağı düşüb.

"Report" xəbər verir ki, Londonun "ICE Futures" əmtəə birjasında "Brent" markalı neftin fyuçers kotirovkası 1,33 dollar ucuzlaşaraq (3,93%) bir barelə görə 32,91 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX birjasında keçirilən hərraclarda isə WTI markalı neftin müqavilə qiyməti 1,72 dollar düşərək (5,44%) bir barel üçün 29,9 dollara bərabər olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru