"Ermənistan hər dəfə ara qarışanda ..." - Yaşar Aydəmirov

3-02-2016, 20:02           
"Ermənistan hər dəfə ara qarışanda ..." - Yaşar Aydəmirov
“Ermənistanda hər dəfə ara qarışanda, işləri çətinə düşəndə, dar gün üçün saxladıqları, əlləri qana bulaşmış canilər yada düşür və ortalığa atılır”. Bunu erməni generalı Arkadi Ter-Tadevosyanın Azərbaycana qarşı növbəti hədə-qorxu dolu çıxışına dair ANS PRESS-in sorğusuna cavab olaraq keçmiş hərbi birlik komandiri ehtiyatda olan general-leytenant, keçmiş korpus komandiri Yaşar Aydəmirov deyib.

Y.Aydəmirov deyib ki, “komandos” ləqəbli bu üzdən iraq “qəhrəman” hələ də keçmiş xülyalarının eyforiyası ilə yaşayır. "Onun bu günkü real vəziyyətdən, qüvvələr nisbətindən, cəbhədəki durumdan, Silahlı Qüvvələrimizin sərəncamında olan texnika və vasitələrdən, ən əsası isə Azərbaycan əsgərinin döyüş ruhundan ümumiyyətlə xəbəri yoxdur.

Düşmən anlamalıdır ki, torpaqların işğaldan azad olunması uğrunda Silahlı Qüvvələrimiz istənilən an əməliyyat həyata keçirməyə qadirdir və qalib gələcəyimizə əminik".

Arkadi Ter-Tadevosyan iddia edib ki, əgər Azərbaycanla Ermənistan arasında Qarabağ məsələsi üzündən toqquşma olsa bu qarşı tərəfin məhv olunmasına səbəb olacaq. Lakin o, özü əslində müharibədən çəkindiklərini deyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.