Elnur Nağızadə barəsində hüquq-mühafizə orqanlarına şikayət edilib - RƏSMİ

3-02-2016, 20:06           
Elnur Nağızadə barəsində hüquq-mühafizə orqanlarına şikayət edilib - RƏSMİ
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçmiş mətbuat katibi Elnur Nağızadə barəsində hüquq-mühafizə orqanlarına şikayət edilib.

teref.az xəbər verir ki, bu barədə “Report”a Nizami Rayon Prokurorluğundan məlumat verilib.
Belə ki, Bakı şəhər sakinləri Vüsal İbrahimov və Zaur Əsgərov prokurorluğa müraciət edərək 2015-ci ilin avqust ayında Elnur Nağızadəyə işə düzəlmək məqsədilə 150 min ABŞ dolları verdiklərini bildiriblər. Onlar işlə təmin olunmadıqlarını və pullarını geri ala bilmədiklərini vurğulayıblar.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, E.Nağızadə beş ildən artıq TQDK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. O, bu ilin yanvar ayında vəzifəsindən azad edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.