Beş rayonda oğru əməliyyatı: 9 nəfər tutuldu

3-02-2016, 21:56           
Beş rayonda oğru əməliyyatı: 9 nəfər tutuldu
Respublikanın beş rayonunda oğurluq edənlər həbs olunub.
Bu barədə mətbuata Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xəbər verilib.
Lənkəranın Göyşaban kəndindəki mağazaların birindən qapını sındırmaq yolu ilə oğurluğa cəhd göstərilib. Yerli sakin Taleh İsazadə saxlanılıb.
Suraxanı rayonu dəmir yolu stansiyasının ərazisində Vüqar Ağayevə məxsus mağazadan 380 manat oğurlanıb. Paytaxt sakini Mehran Abbasov yaxlanıb.
Xəzər rayonunda Əhsən Qasımova və Nəsirxan Rzayevə məxsus mağazalardan pul, geyim əşyaları, ərzaq məhsulları oğurlanıb. Bakı sakinləri Azər Mirzəyev və Vüqar Süleymanov tutulublar.
Göyçayda Sarvan Məmmədova, Taleh Muradova və Elçin İbadova məxsus mağazalardan pul, tütün məmulatı, ərzaq məhsulları aparılıb. Həmyerliləri Ramin Rəsulov, Ramil Mövsümov və Ucar sakini Tamerlan Hüseynov ələ keçiblər.
Biləsuvarda isə Məmmədağa Əliyevə məxsus mağazadan 165 manat və ərzaq məhsulları oğurlanıb. Həmyerliləri, əvvəllər məhkum olunmuş Telman Mayılzadə və Ariz Talıblı tutulublar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.