Neftçala sakini Mehriban Əliyevadan kömək istədi.”Video”
4-02-2016, 00:14
Neftçala şəhər sakini Sarıyev Sakit Hafis oğlu Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın Birinci xanımı Mehriban Əliyevaya müraciət edərək kömək istəyir.
Qaynar.info vətəndaşın müracətini olduğu kimi təqdim edir:
"Hörmətli Mehriban xanım!
Sizin necə insanpərvər, millətimizə və dövlətimizə sadiq, Azərbaycan adına səcdə edən layiqli bir vətəndaş, gözəl insan, görkəmli dövlət xadimi olduğunuzu təkcə Azərbaycanda deyil, əksər ölkələrdə yaxşı bilirlər.
Hörmətli Mehriban xanım !
Oğlum anadangəlmə göz xəstəsidir. Azərbaycanda olmadığımız tibb ocağı olmayıb. Hər gün oğlum bir az da pisləşir, bu səbəbdən oğlumun təcili əməliyyata ehtiyacı var. Həkimlərin ümumi rəyi belədir ki, əməliyyat olunmazsa, övladımın gözləri tutula bilər. Sizdən xahiş edirəm, mənim övladımın gözlərinin əbədi olaraq tutulmasının qarşısını alın. Həkimlərin bildirdiyinə görə, övladımın müalicəsi mümkündür. Azərbaycanda mümkün olmayan bu əməliyyatın keçirilməsi üçün Sizin köməyinizə, maddi dəstəyinizə ehtiyacımız var. Sizdən xahiş edirəm ki, mənə övladıma köməklik göstərəsiniz.
Öncədən təşəkkür edirəm.
Neftçala şəhər sakini Sarıyev Sakit Hafis oğlu
Əlaqə telefonu: 051 357 94 34"