Azərbaycan Silahlı Qüvvələrinin ermənilərə məxsus mülki avtomobili vurması xəbəri yalandır -MN

4-02-2016, 12:37           
Azərbaycan Silahlı Qüvvələrinin ermənilərə məxsus mülki avtomobili vurması xəbəri yalandır -MN
Azərbaycan Müdafiə Nazirliyi ermənilərə məxsus mülki avtomobilin vurulması barədə yayılan məlumatlara münasibət bildirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, erməni tərəfi Azərbaycan-Ermənistan dövlət sərhədindəki təxribatı ört-basdır etmək və Azərbaycanı günahlandırmaq məqsədilə guya mülki şəxsə məxsus “VAZ-2106” markalı avtomobilin vurulması barədə absurd xəbər yayıb: "Azərbaycan Silahlı Qüvvələri beynəlxalq humanitar hüququn prinsip və normalarına riayət edərək heç vaxt dinc əhalini, mülki obyektləri və avtomobilləri atəşə tutmayıb. Bu kimi məlumatların heç bir əsası yoxdur və növbəti erməni yalanıdır".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru