Rusiyada azərbaycanlı iş adamını “Gelandewagen”də güllələdilər

5-02-2016, 01:16           

Rusiyanın Leninqrad vilayətinin Tosnensk rayonun Yam-İjora qəsəbəsində azərbaycanlı biznesmen güllələnib.

Bu barədə məlumatı Rusiya İstintaq Komitəsinin regional idarəsi yayıb.

Hadisə fevralın 3-də saat 23:15 radələrində Leninqradski küçəsi ev 10 ünvanında baş verib.

42 yaşlı Elçin Heydərov qafqaz mətbəxli kafesinin qarşısında “Mercedes-Benz Gelandewagen” markalı avtomobildə olub. Bu zaman yuxarıda qeyd olunan ünvana “Chevrolet Lacetti” markalı avtomobil gəlib və nəqliyyat vasitəsinin sərnişinləri dərhal “Mercedes”ə atəş aşaraq hadisə yerindən uzaqlaşıblar.

Elçin Heydərov aldığı 6 güllə yarası nəticəsində dünyasını dəyişib.

Qeyd edək ki, mərhumun əvvəllər məhkumluğu olub. Heydərov meyvə-tərəvəz tədarükü ilə məşğul olub.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsi üzrə cinayət işi qaldırılıb. (oxu.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru