"Mən hazırda öz işimin başındayam" - Əmrah Fəqanoğlu

30-03-2016, 15:43           
"Mən hazırda öz işimin başındayam" - Əmrah Fəqanoğlu
"Mən hazırda öz işimin başındayam" - bunu hafta.az-a açıqlamasında Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətinin rəhbəri Əmrah Fəqanoğlu bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyevin fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilib. Artıq struktur dəyişiklikləri ilə bağlı müəyyən ixtisarların olacağı da istisna edilmir. Fondun mətbuat xidmətinin ləğv edilib edilməyəcəyi, orada çalışan insanların gələcək fəaliyyətləri ilə bağlı suallar isə hələ də açıq qalır.

Bu məsələyə aydınlıq gətirən Ə.Fəqanoğlu bildirdi ki, onlarda bu barədə hələlik hansısa məlumat yoxdur: "Bütün bu məsələlərə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi baxır. Çünki Fond Nazirliyə birləşir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru