İsmayıllı, Oğuz və Şəki rayonlarında Ana Vətən Partiyası sıralarına yeni qəbul olunmuş üzvlərə üzvlük vəsiqələri təqdim edilib

30-03-2016, 16:21           

İsmayıllı, Oğuz və Şəki rayonlarında Ana Vətən Partiyası sıralarına yeni qəbul olunmuş üzvlərə üzvlük vəsiqələri təqdim edilib
Bununla bağlı keçirilən tədbirdə AVP-nin Təşkilat şöbəsinin müdiri Azər Quluzadə çıxış edərək Ana Vətənn Partiyasının 25 illik fəaliyyətindən danışıb. Bildirib ki, dövlətə, xalqa xidməti fəaliyyətinin ana xətti qəbul edən Ana Vətən Partiyasının sıraları genişlənməkdə davam edir. Bu günkü tədbir də bunun bariz nümunəsidir. AVP üzvlərinin say tərkibinin təxminən 50 faizinin gənclərdən ibarət olduğunu diqqətə çatdıran A.Quluzadə bildirmişdir ki, gənclərə öz bilik və bacarıqlarını ortaya qoymaq üçün lazımi şərait yaradılmışdır. Bu ilin üç ayı ərzində partiya sıralarına qoşulanların sayı 728 nəfər təşkil etmişdir. Bu fakt bir daha təsdiq edir ki, AVP ölkəmizin ən böyük və güclü siyasi təşkilatlarından biridir.
Tədbirin sonunda Ana Vətən Partiyası sıralarına yeni qəbul olunmuş üzvlərə İsmayıllı rayonundan 46, Oğuz rayonundan 19, Şəki şəhərindən isə 24 nəfərə partiya vəsiqələri təqdim edilib.

Ana Vətən Partiyasının Mətbuat Xidməti












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru