Binəqədidədki silahlı insidentin səbəbi: - qadın 35 min manat borca görə killer tutub

13-04-2016, 13:09           
Binəqədidədki silahlı insidentin səbəbi: - qadın 35 min manat borca görə killer tutub
Bakıda baş verən silahlı insidentlə bağlı iki nəfər tutulub. “Report”un xəbərinə görə, bunlar Günel Süleymanova və Ramil Hüseynlidir.

Zərərçəkən - Bərdə rayon sakini Hüseyn Qasımov hüquq-mühafizə orqanlarının məməkdaşlarına bildirib ki, G.Süleymanovanın ona 35 minb manat borcu olub, məhz bu səbəbdən də R.Hüseynliyə onu öldürməyi sifariş verib.

Xatırladaq ki, aprelin 11-də Binəqədi rayonunun Cavadxan küçəsində, 2 nəfər həmin ərazidə kirayədə yaşayan Bərdə rayon sakini Hüseyn Qasımovun istiqamətində avtomat silahdan bir neçə dəfə atəş açıb. Nəticədə daban nahiyəsindən güllə yarası almış H.Qasımova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 7-ci polis bölməsi əməkdaşaları tərəfindən hadisə yerindən 10 ədəd 7,62 çaplı giliz götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb, istintaq aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru