Rusiya KİV-ləri: Azərbaycanın sərhədində güclü zəlzələ gözlənilir

13-04-2016, 21:06           
Rusiya KİV-ləri: Azərbaycanın sərhədində güclü zəlzələ gözlənilir
2016 və 2017-ci illərdə Dağıstan yaxınlığında 6,5 bal gücündə zəlzələ gözlənilir.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Yer Fizikası İnstitutunun direktor müavini Yevgeni Roqojin bildirib.
"Proqnoz Şərqi Qafqaz üzrədir. Bu, Azərbaycanla Dağıstan sərhəddidir. Zəlzələ ya bu il, ya da gələn il ola bilər. Bizim proqnoza görə, zəlzələnin maqnitudası 6-6,5 bal olacaq, bu da 7-8 bal deməkdir", - deyə Y.Roqojin söyləyib.
Onun sözlərinə görə, Rusiya FHN artıq xəbərdardır və yerli hakimiyyətin təkanlara tab gətirməyəcək binaları bərkitmək üçün hələlik zamanı var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru