20 yaşlı oğlan ata-anasının gözü önündə özünü güllələdi - Ağsuda dəhşətli olay

14-04-2016, 12:54           
20 yaşlı oğlan ata-anasının gözü önündə özünü güllələdi - Ağsuda dəhşətli olay
Ağsu rayonunda dəhşətli intihar hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, rayonun Ərəbmehdibəyli kənd sakini, 1996-cı il təvəllüdlü Kərimli İsrail Elman oğlu özünü güllələyərək intihar edib.

Bildirilir ki, Əslən Laçın rayonunun Tingə qəsəbəsindən olan 20 yaşlı İ.Kərimli işsiz imiş. Daimi evlərinin olmaması, maddi çətinliklər və borc səbəbindən ciddi sıxıntı çəkən ailədə gərginlik artıb və dünən 20 yaşlı İ.Kərimli valideynləri ilə mübahisə etdikdən sonra ov tüfəngi ilə qarın nahiyəsindən atəş açıb. Hadisə vaxtı ata-anası ona mane olmağa çalışsa da, bunu bacarmayıblar. O da bildirilir ki, İ.Kərimli hərbi xidmətdən 3 ay əvvəl qayıdıbmış.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru