SON DƏQİQƏ: Azərbaycan Respublikası Müdafiə Nazirliyi xəbərdarlıq etdi: "Cavab sarsıdıcı olacaq"

14-04-2016, 18:23           
SON DƏQİQƏ: Azərbaycan Respublikası Müdafiə Nazirliyi xəbərdarlıq etdi: "Cavab sarsıdıcı olacaq"
Azərbaycan Respublikası Müdafiə Nazirliyi xəbərdarlıq etdi: "Erməni tərəfi yenidən cəbhədə vəziyyəti gərginləşdirir"
teref.az saytı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, cəbhə boyu döyüş əməliyyatlarının dayandırılmasına dair əldə olunan razılaşmaya baxmayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən vəziyyəti gərginləşdirməkdə davam edir.
Qoşunların təmas xəttində aprelin 14-də düşmənin növbəti təxribatının qarşısını alarkən Silahlı Qüvvələrimizin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əhmədov Rüstəm Oruc oğlu şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!
Bildiririk ki, qoşunların təmas xəttində baş verən bu qanlı provokasiyaya görə məsuliyyət bütünlüklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür və düşmənə veriləcək cavab sarsıdıcı olacaqdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.