Cəlilabad xəstəxanasında narkoz verilən 35 yaşlı şəxs ölüb

14-04-2016, 21:38           
Cəlilabad xəstəxanasında narkoz verilən 35 yaşlı şəxs ölüb
Cəlilabad Rayon Müalicə və Diaqnostika Mərkəzində ölüm hadisəsi baş verib.

“Report”un məlumatına görə, rayonun Məhəmmməd Hadi küçəsində yaşayan 35 yaşlı Məhəmməd Hüseynov burnundan əməliyyat olunması üçün Cəlilabad Rayon Müalicə və Diaqnostika Mərkəzinə müraciət edib. Əməliyyata alınan Məhəmməd Hüseynova tənəffüs yolu ilə narkoz verilib. Elə bu zaman onun səhhəti qəfildən pisləşdiyi üçün əməliyyat təxirə salınıb. Məlum olub ki, o, dünyasını dəyişib.

Mərhumun doğmalarının sözlərinə görə, indiyə kimi Məhəmməd Hüseynovun hər hansı ciddi xəstəliyi olmayıb.

Məsələ ilə Bağlı Cəlilabad Rayon Müalicə və Diaqnostika Mərkəzindən “Report”a bildirilib ki, meyitdən götürülmüş nümünələr Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinə göndərilib: “Vətəndaşın ölümündə həkim səhlənkarılığının olub-olmaması tibbi rəy və hüququ mühafizə orqanlarının araşdırmasından sonra məlum olacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru