Ermənilərin Qarabağdakı hərbi texnikasının sayı açıqlandı

2-05-2016, 12:54           

Ermənistan ordusunun işğal altındakı Dağlıq Qarabağda yerləşən hərbi birləşmələrinin malik olduğu texnika və artilleriya qurğularının sayı açıqlanıb.

Ermənistan KİV-i xəbər verir ki, işğal olunmuş Qarabağ bölgəsində ermənilərin 371 tankı, 324 Piyada Döyüş Maşını (PDM) və Zirehli Transpartyor (ZTR), 44 ədəd “Qrad” artilleriya qurğusu, 102 ədəd D-30 122-mm-lik qaubitsalar, 152 mm-lik qaubitsa-top, 99 ədəd 152 mm-lik 2A36 topları, 100 mm-lik KC-19 zenit topları, 85 mm-lik D-44 divizion topları, 2 ədəd Su-25 qırıcısı və 8 ədəd Mi-24 döyüş helikopterləri var.

Bundan başqa, Dağlıq Qarabağda Ermənistan ordusunun 20 minlik işğalçı korpusunun da yerləşdiyi məlumatlar arasındadır.

Məlumatı erməni tərəfi yaydığından, onun nə dərəcədə həqiqət olub-olmadığı bəlli deyil. (Modern.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru