Cəbhədə ermənilərə zərbə: Düşmənin bir hərbçisi məhv edildi

2-05-2016, 12:59           

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 112 dəfə pozub.

Avropa.info erməni mətbuatına istinadən xəbər verir ki, düşmənin atəşkəsi pozması nəticəsində Ermənistan ordusu bir hərbçisini itirib.

Erməni mətbuatı bildirib ki, Xocavənd istiqamətində ölən hərbçi 1991-ci il təvəllüdlü Aşot Zoqrabyandır.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 114 dəfə atəş zərbəsi endirib. Müdafiə Nazirliyi bildirir ki, atəşkəsin pozulmasının bütün məsuliyəti Ermənistan ordusunun üzərindədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru