Rusiyanın Kamçatka bölgəsində 7 bal gücündə zəlzələ oldu

18-08-2024, 13:04           
Rusiyanın Kamçatka bölgəsində 7 bal gücündə  zəlzələ oldu
Rusiyanın Kamçatka bölgəsində 7 bal gücündə zəlzələ baş verib.

TASS-ınn verdiyi xəbərə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar ətraf ərazilərdə 6 bal gücündə hiss edilib.

Yeraltı təkanlar səbəbindən rayon sakinləri evlərini tərk ediblər. Bir çox evlərdə seysmik hadisə nəticəsində mebellər aşıb, qab-qacaq qırılıb.

Rusiya Elmlər Akademiyasının Geofizika xidmətinin Kamçatka bölməsinin məlumatına görə, yeraltı təkanlardan az əvvəl Şiveluç vulkanı püskürməyə başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru