Banan miqreni aradan qaldırır ya tətikləyir?

6-11-2024, 16:08           
Banan miqreni aradan qaldırır ya tətikləyir?
Banan miqrenə təsir edə biləcək qidalardan biridir və miqren problemi olan insanlar üçün həm faydalı, həm də zərərli təsirlərə malik ola bilər.Foodinfo.az xəbər verir ki, bananın tərkibində bədən üçün vacib olan B6 vitamini, maqnezium və kalium kimi minerallar var ki, bunlar baş ağrılarını azaltmağa kömək edir. Maqnezium sinir sistemini rahatladır və miqren hücumlarının qarşısını almaqda təsirli olur. Buna görə, maqnezium əksikliyi olanlar üçün banan yemək miqren riskini azaldır.Ancaq bəzi insanlar üçün banan miqreni tətikləyə bilər. Bu, bananın tərkibində olan tiramin adlı maddə ilə bağlıdır. Tiramin bəzi insanlarda baş ağrılarını başlada bilən bir maddədir. Miqrenə həssas olan bəzi insanlar tiramin ehtiva edən qidaları qəbul etdikdən sonra baş ağrısı hiss edə bilərlər. Banan yetişdikcə tiramin miqdarı artır, buna görə də miqrenə həssas insanlar üçün tam yetişmiş banan riskli ola bilər.Bananın miqrenə təsiri fərdi fərqlilik göstərdiyi üçün bu problemi yaşayanlar bananın onlarda necə təsir etdiyini müşahidə etməlidirlər. Əgər banan miqreni tətikləmirsə, onu maqnezium və vitamin mənbəyi kimi qida rasionuna daxil etmək faydalıdır. Ancaq baş ağrılarını artırdığını hiss edənlər banandan və digər tiramin tərkibli qidalardan uzaq duraraq miqren təkrarını azaltmağa kömək edə bilərlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.