«YouTube» videoportalının mənzil-qərargahında atışmanın səbəbi açıqlanıb

4-04-2018, 08:32           

«YouTube» videoportalının ABŞ-ın Kaliforniya ştatındakı mənzil-qərargahında atışma terrorçuluqla əlaqəli deyil. İnsidentə səbəb, ilkin məlumata görə, daxili mübahisə olub. APA-nın xəbərinə görə, bu barədə ABC telekanalı məlumat yayıb.



Qeyd edək ki, silahlı qadın «YouTube» videoportalının San Bruno şəhərindəki (Kaliforniya ştatı) mənzil-qərargahında atışma törədib. İnsident nəticəsində 3 nəfər xəsarət alıb, onlardan birinin vəziyyəti kritikdir. Atəş açan qadının intihar etdiyi bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru