Banklar bankomatların sayını azaldır

15-09-2015, 11:46           
Banklar bankomatların sayını azaldır
Azərbaycanda təkcə bir ay ərzində 20-yə yaxın bankomat fəaliyyətini dayandırıb. Cari ilin iyul ayında ölkədə mövcud olan bankomatların sayı ay ərzində 18 ədəd və ya 0,67% azalaraq avqustun 1-nə 2 685 ədəd təşkil edib.

Mərkəzi Bankdan verilən məlumata görə, tarixdə ilk dəfə olaraq belə bir hal qeydə alınıb. Bankomatların sayında azalma 2006-cı ildən indiyədək yalnız bir dəfə, 2014-cü ilin yanvar ayında qeydə alınıb. Həmin vaxt cəmi 5 bankomat sıradan çıxıb.
Hesabata əsasən, bankomatların 1 507 ədədi və ya 56,13%-i Bakı, 1 178 ədədi və ya 43,87%-i regionlar üzrə paylanıb. Bildirək ki, azalma paytaxt hesabına baş verib. Belə ki, hesabat ayında paytaxtda 23 bankomat fəaliyyətini dayandırıb, regionlarda isə mövcud bankomatların sayına daha 5-i əlavə olunub.
Qeyd edək ki, adambaşına düşən bankomat hesabı üzrə ay ərzində dəyişiklik müşahidə olunmayıb və cari ilin avqustun 1-nə ölkədə hər 3,6 min nəfərə bir bankomat düşüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru