Rövşən Lənkəranski taclandırdı, Zaxari Kalaşov isə "oğru" adını əlindən aldı

15-09-2015, 15:01           
Rövşən Lənkəranski taclandırdı, Zaxari Kalaşov isə "oğru" adını əlindən aldı
MDB məkanında ən nüfuzlu “qanuni oğru” sayılan Zaxari Kalaşov (Şakro Molodoy) azərbaycanlı “qanuni oğru”nu tacından məhrum edib.

İspaniya həbsxanasında 7,5 il cəza çəkdikdən sonra yenidən Moskvaya geri dönən Kalaşov Azərbaycan kriminal aləminin əsas liderlərindən olan Rövşən Lənkəranskinin taclandırdığı və hazırda həbsxanada olan Ülfət Tağıyevi (Rüfət Gəncinski) “oğru” adından məhrum edib.

Məlumata görə, “Matrosskaya tişina” həbsxanasına gətirilən 34 yaşlı Ülfət Tağıyev yerli avtoritetlər tərəfindən qəbul olunmayıb və onun həyatinın təhlükədə olmasını anlayan həbsxana rəhbərliyi “qanuni oğru”nu 2 il ərzində tək kamerada saxlayıb.

Rusiya mətbuatının əldə etdiyi məlumata görə, Ded Xasanın (Aslan Usoyan) qanuni varisi kimi Zaxari Kalaşov son illərdə taclandırılan onlarla “qanuni oğru”nu titulundan məhrum edib.

Yerli hüquq-mühafizə orqanları isə kriminal aləmdə yeni müharibənin alovlanmasından ehtiyatlanır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.