Bu gün saat 15.00-da hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçiriləcək.
Publika.az-ın YAP-dan əldə etdiyi özəl məlumata görə, iclasda əsas müzakirə mövzusu bu il noyabrın 1-nə təyin olunan Milli Məclisə seçkilərlə bağlı olacaq.
Yeni Azərbaycan Partiyasının sədr müavini, Baş nazirin müavini Əli Əhmədovun iştirakı ilə keçiriləcək iclasda hakim partiyanın qarşıdan gələn parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısının açıqlanması gözlənilir.