Bakıda 84 yaşlı qadın 8-ci mərtəbədən yıxılaraq ölüb
4-07-2018, 12:05
Bakıda 84 yaşlı qadın faciəli şəkildə ölüb.
APA-nın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb. Rayon ərazisində yerləşən yaşayış binalarının birində 1934-cü il təvəllüdlü Şəkər Qasım qızı Şıxıyeva 8-ci mərtəbədən yıxılaraq ölüb.