Şimali Kiprdə gəmi batdı - 19 nəfər öldü, 103-ü xilas edildi

19-07-2018, 09:19           
Şimali Kiprdə gəmi batdı - 19 nəfər öldü, 103-ü xilas edildi
Aralıq dənizinin Şimali Kipr Türk Respublikası hissəsində suriyalı miqrantları daşıyan gəmi batıb.

“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, hadisə Karpaz bölgəsi yaxınlığında baş verib.

Hadisə yerinə dərhal xilasedici gəmilər göndərilib. Həmçinin, havadan helikopterlə dəstək verilib.

Xilasetmə əməliyyatları nəticəsində 103 nəfər qurtarılıb. 19 nəfər isə ölüb.

Gəmidə 150 miqrantın olduğu bildirilir. 30-a yaxın insanın taleyindən xəbər yoxdur. Ərazidə axtarışlar davam etdirilir.

Cəsədlərin və xilas edilənlərin Türkiyəyə gətiriləcəyi bildirilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.