Taxıl sahəsini qəsdən yandırmaqda şübhəli bilinən şəxs saxlanılı - DİN məlumat yaydı

19-07-2018, 20:27           
Taxıl sahəsini qəsdən yandırmaqda şübhəli bilinən şəxs saxlanılı - DİN məlumat yaydı
İyulun 19-da saat 4.30 radələrində Göyçay rayonunun İncə kəndi ərazisində taxılı biçilmiş 20 hektar sahə yandırılmışdır. Bu barədə DİA.AZ-a Daxili İşlər Nazirliyindən verilən məlumatda deyilir.

Dərhal hadisə yerinə gəlmiş FHN-in Dövlət Yanğından Mühafizə Hissəsinin və Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri görülmüş, yanğın söndürülərək daha geniş əraziləri əhatə etməsinin qarşısı alınmışdır.

Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yanğını törətməkdə şübhəli bilinən kənd sakini Gündüz Hacıyev qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Araşdırmalar zamanı G.Hacıyevin həmin ərazini qəsdən yandırdığı müəyyən edilib və o, törətdiyi əməli etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.