Meksikada gizli məzarlıqda 6 cəsəd aşkar edilib

20-07-2018, 07:34           
Meksikada gizli məzarlıqda 6 cəsəd aşkar edilib
Meksikanın Xaliskо ştatındakı gizli məzarlıqda 6 cəsəd tapılıb.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ştatın prokuroru Raul Sançes deyib.

Onun sözlərinə görə, cəsədlərdən 5-i kişinin, 1-i isə qadınındır.

Qeyd edək ki, narkomafiya arasında müharibənin getdiyi Meksikada bu cür hadisələr adi hala çevrilib. Əvvəllər daha dəhşətli tapıntılar Gerrero, Verakrus və Morelos ştatlarında aşkarlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru