Gömrük Komitəsinin Qiymətləndirmə Şöbəsində sahibkarlara DİVAN TUTULUR - GİLEY

7-11-2018, 09:26           
Gömrük Komitəsinin Qiymətləndirmə Şöbəsində sahibkarlara DİVAN TUTULUR - GİLEY
Bir müddət əvvəl Dövlət Gömrük Komitəsində kadr dəyişiklikləri baş versə də ümumən Gömrük Komitəsindən şikayətlər səngimir

Vətəndaşların narazıçılıq etdiyi məmurlartdan biri də Dövlət Gömrük Komitəsinin qiymətləndirmə şöbəsinin müdiri Fərid Əliyev və onun işçici Vüqar adlı şəxsdir.
Bolgexeber.com -a müraciət edən ,Masallıdan olan bir qrup sahibkar da Fərid Əliyevin qanunsuz əməllərindən şikayətçidirlər.Belə ki,sahibkarların bildirdiyinə görə onlar İran İslam Respublikasından Azərbaycana satış üçün şüşədən mətbəx qabları gətirirlər. Bakı və ya Sumqayıt Gömrük İdarələrində onları Dövlət Gömrük Komitəsinin qiymətləndirmə şöbəsi yönləndirirlər. Mallarının rəsmləşdirilməsi zamanı isə onlardan Dövlət Gömrük Komitəsinin qiymətləndirmə şöbəsində dövlət rüsumundan qat-qat artıq məbləğ tələb edirlər.Əks halda həmin malları rəsmiləşdirməmək ilə qorxuzurlar.Belə özbaşınalıqla üzləşən sahibkarlardan biri bildirir ki,məsələn,o 10 min dollarlıq malı Azərbaycana idxal etdiyi zaman ondan 13 min manat pul istəyirlər.Sahibkarlar bunun həddən-ziyadə çox olduğunu bildirərək etiraz edəndə isə onlara Qiymətləndirmə şöbəsində deyirlər ki,”5 minlik də,10 minlik də mal gətirsəz,malı gömrükdən keçirmək istəyirsizsə 13 min manat ödəməlisiz”. Sahibkarlar qeyd edirlər ki,dünya bazarında ən ucuz şüşə İrandadır.Amma buna baxmayaraq Fərid Əliyev sahibkarlara deyir ki,”siz yalan deyirsiz,malları İrandan həmin qiymətə almamısız.Halbuki sahibkarların əlində, aldığı malların qiymətlərinin qaimələri var və onlar bu sənədləri şöbə müdiri Fərid Əliyevə təqdim edirlər.Bu cür şikayətlərin çoxluğunu nəzərə alaraq əməkdaşlarımız artıq Masallıya ezam olunublar və yaxın zamanlarda gömrükdən şikayətlərlə bağlı hazırlanan reportajı izləciyələrin nəzərinə çatdıracayıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.